Ana səhifə

Məlumat idarəetməsi

Hesabın və Məlumatların Silinməsi

Bu səhifə LEPA tətbiqindən hesabınızı və ya məlumatlarınızı necə siləcəyinizi izah edir. Hesabı tamamilə silə, yaxud hesabı saxlayaraq yalnız bəzi məlumatları silə bilərsiniz.

Son yeniləmə: 23 İyul 2026

Tətbiq

LEPA

Developer

LEPA

Package

com.lepa.app

01

Hesabı necə silmək olar

Üsul 1

Tətbiq daxilindən

Ən sürətli yol — silmə dərhal icra olunur.

  1. 1LEPA tətbiqini açın və hesabınıza daxil olun.
  2. 2Aşağıdakı naviqasiyadan «Profil» bölməsinə keçin.
  3. 3«Hesabı Sil» düyməsini seçin.
  4. 4Açılan xəbərdarlıq pəncərəsində təsdiq üçün «SİL» yazın və «Hesabı Sil» düyməsinə basın.

Təsdiqdən sonra hesab dərhal silinir və girişiniz bağlanır. Bu əməliyyat geri qaytarıla bilməz.

Üsul 2

E-poçt ilə (tətbiq olmadan)

Tətbiqi cihazınızdan silmisinizsə və ya hesaba giriş edə bilmirsinizsə bu üsuldan istifadə edin.

  1. 1lepamobileapp@gmail.com ünvanına e-poçt göndərin.
  2. 2Mövzu sətrinə «Hesab silmə tələbi» yazın.
  3. 3Mesajda hesabınızın e-poçt ünvanını və istifadəçi adınızı göstərin — şəxsiyyəti təsdiqləmək üçün lazımdır.

Sorğunuzu aldıqdan sonra şəxsiyyəti təsdiqləyir və hesabı ən geci 30 gün ərzində silirik. Nəticə barədə sizə cavab yazılır.

02

Hesabı silmədən məlumat silmək

Hesabınızı saxlayıb yalnız müəyyən məlumatları silmək istəyirsinizsə, bunu tətbiq daxilində özünüz edə bilərsiniz:

  • Paylaşımlar — «Sosial» bölməsində öz paylaşımınızı açın və «Sil» seçin.
  • Şərhlər — sosial və xəbər şərhlərinizi ayrıca silə bilərsiniz.
  • Profil şəkli, bio və oyun adı — «Profil → Redaktə» bölməsindən dəyişdirin və ya boşaldın.
  • Push bildirişlər — cihazınızın tənzimləmələrindən söndürün; bildiriş tokeni istifadə edilmir.
  • Yuxarıdakılara daxil olmayan məlumat üçün lepamobileapp@gmail.com ünvanına yazın.

03

Hesab silindikdə nə silinir

Silinir
  • Profil məlumatları — istifadəçi adı, e-poçt, oyun adı, bio və ölkə anonimləşdirilir; bu məlumatlar bir daha görünmür.
  • Profil şəkli (avatar) — fayl serverdən silinir.
  • Sosial paylaşımlar — mətn, şəkil və videolar tam silinir.
  • Şərhlər və bəyənmələr — həm sosial paylaşımlarda, həm xəbərlərdə.
  • Qlobal icma çatındakı mesajlarınız.
  • Matç daxili yazışmalarınız (rəqiblə 1v1 çat).
  • Mübahisə (dispute) üçün yüklədiyiniz sübut şəkilləri.
  • Dəstək yazışmaları və onlara əlavə etdiyiniz fayllar.
  • Bildirişləriniz.
  • Push bildiriş tokeni (FCM) — cihazınıza artıq bildiriş göndərilmir.
  • Matç növbəsi qeydiniz və göndərdiyiniz/aldığınız çağırışlar.
  • Giriş məlumatları — hesaba bir daha daxil ola bilməzsiniz.
Anonim qalır

Nə qalır

  • Oynadığınız matçların nəticələri.
  • ELO reytinq dəyişiklikləri tarixçəsi.
  • Liqa və turnir nəticələri.

Bu qeydlərdə adınız, e-poçtunuz, profil şəkliniz və digər şəxsi məlumatlarınız saxlanmır — yalnız anonim identifikator qalır. Səbəb: həmin matçlarda sizinlə oynamış digər oyunçuların reytinqi bu nəticələr üzərində qurulub; onların silinməsi başqa istifadəçilərin reytinqini pozardı.

04

Saxlanma müddətləri

Şəxsi məlumatlar və məzmun
Dərhal silinir
Hesaba giriş imkanı
Dərhal bağlanır
Ehtiyat nüsxələr (backup)
30 günə qədər
Anonim matç tarixçəsi
Müddətsiz (şəxsi məlumat ehtiva etmir)

Sual və ya sorğunuz var?

Silmə prosesi, məlumatlarınız və ya GDPR hüquqlarınızla bağlı istənilən sual üçün bizə yazın.

lepamobileapp@gmail.com